“Bayern”in təxirə salınan oyununun vaxtı açıqlandı
- 05 Dek 2023 20:46
- 279
Almaniya Bundesliqasının 13-cü turundan təxirə salınan “Bayern” – “Union Berlin” oyununun tarixi müəyyənləşib.
Rekord.az xəbər verir ki, qarşılaşma 2024-cü il yanvarın 24-də baş tutacaq.
Matç həmin gün “Alyans Arena”da gerçəkləşəcək. Dekabrın 2-də keçirilməli olan görüş güclü qar yağması səbəbindən təxirə salınıb.
“Bayern” hazırda 32 xalla turnir cədvəlinin 2-ci, “Union Berlin” isə 7 xalla 18-ci pilləsində qərarlaşıb.