“Hər şeydən əvvəl futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, səfərdə keçirilən heç bir oyun asan ola bilməz”.

Rekord.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Makedoniya "Şkupi"sinin baş məşqçisi Muarrem Bayrami ölkə çempionatının 3-cü turunda "Belasitsa" komandasına 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.

O bildirib ki, ilk hissədə 100 faizli qol imkanları olsa da, bundan yararlana bilməyiblər. Baş məşqçi son dəqiqələrdə vurulan qollarla qazandıqları 3 xala görə məmnun olduqlarını vurğulayıb. Bayrami artıq bütün diqqətlərinin "Neftçi"ilə görüşə yönəldiyini söyləyib: 

"Bu gündən Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayırıq".

Qeyd edək ki, avqustun 27-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" - "Şkupi" matçına saat 20:00-da start veriləcək.