"Bazel"in baş məşqçisi "Qarabağ"la oyuna çox azarkeş gələcəyinə inanmır
- 28 Avq 2021 13:20
- 537
"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Bazel"in baş məşqçisi Patrik Rahmen püşkü dəyərləndirib.
Rekord.az nau.ch-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis ev oyunlarına kifayət qədər azarkeşin gəlməyəcəyini deyib:
"Qrupda cazibəli və tanınmış klubların olmadığı üçün təəssüflənirəm. Şübhəsiz ki, ev oyunlarımızda izdiham olmayacaq. Səfərlərimiz də uzun keçəcək. Bu səbəbdən çempionat matçlarında çətinlik yarana bilər. Məqsədimiz avrokuboklarda irəliləmək olmalıdır".
Qeyd edək ki, "Qarabağ" H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya"ya (Kipr) qarşı mübarizə aparacaq.