Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov Rekord.az-ın Estoniyaya ezam olunmuş əməkdaşına açıqlama verib. O, 1:3-lük məğlubiyyət haqda bunları deyib: "Deyiləcək söz yoxdu. Oyuna yaxşı başladıq, ilk hissəni üstün keçirdik, qol epizodları yaratdıq, qol buraxsaq da, bərabərlik qolunu vurduq, amma dərhal da anlaşılmaz qol buraxdıq. İkinci hissədə yenidə qol vurmaq istəsək də yenidən qol buraxdıq. Çətindi nə isə demək. Biz hücum etdik, rəqib qol vurdu. Növbəti oyun Slovakiyaya qarşı olacaq. Çətin oyun bizi gözləyir, rəqib də tanış rəqibdi, güclü rəqibdi, amma bizim də itiriləcək bir şeyimiz yoxdur, 0 xalımız var, ancaq mübarizə aparmalı, qələbə qazanmalıyıq".