Diz çarpaq bağlarından ağır zədə alan Bədavi Hüseynov gələn həftə Almaniyada əməliyyat olunacaq.

Rekord.az xəbər verir ki, əməliyyatdan sonra onun ən azı 6 ay yaşıl meydanlardan kənar qalacağı deyilir.

Bu isə o deməkdir ki, ən azı ilin sonuna kimi, rusiyalı futbolçunun oynamaq şansı yoxdur. Məsələ tək bununla da bitmir. Əldə etdiyimiz məlumata görə, Hüseynovun 6 aydan sonra da dərhal tam gücü ilə məşqlərə başlayacağına zəmanət verilməyib. Həkimlərin sözünə görə, bərpa prosesi də tədricən, asta-asta getməlidir. Yəni 6 aydan sonrakı 1.5-2 aylıq period tam sağalma üçün çox həssas dönəmdi. Əgər həmin dönəmi də uğurlu başa vursa, gələn ilin mart-aprel aylarından tam gücü ilə komandasına kömək edə biləcək.