Bədəlanda idman tədbiri
- 01 Mar 2023 13:14
- 438
28 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Elm və Təhsil Nazirliyinin müvafiq tapşırığına əsasən Masallı Rayon Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara regional Təhsil idarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 mart-Bədən tərbiyəsi və İdman günü münasibəti ilə “İdman həhtəsi” çərçivəsində Bədəlan kənd tam orta məktəbində idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Lənkəran-Astara regional Təhsil idarəsinin Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşı Əyyar Burhanov , Bədəlan kənd tam orta məktəbinin direktoru Arif Mehtiyev və cüdo idman növü üzrə əməkdar məşqçi Xanağa Quliyev çıxış edərək idmanın insan həyatında vacib olduğunu və fiziki aktivliyin insaa həyatında necə böyük əhəmiyyətə məlik olduğunu vurğulayıblar.
Tədbirdə çıxıçlardan sonra cüdo idman növü üzrə əməkdar məşqçi Xanağa Quliyev şagirdlərə fiziki hərəkətlərinin necə icra olduğunu izah edərək şagirdlərlə birlikdə müəyyən hərəkətləri icra edib.