Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qəbələ" matçının 20-ci dəqiqəsində zədələnərək əvəzlənən müdafiəçi Elvin Bədəlov əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə futbolçunun Almaniyada uğurlu əməliyyat keçirdiyi diqqətə çatdırılıb. 26 yaşlı müdafiəçi bu zədəyə görə 6 ay yaşıl meydanlardan kənarda qalacaq.