![photo](https://www.rekord.az/storage/uploads/5/63bb6916-6166-3f24-9f5f-c0d2fec420fe-850.jpg)
Bədəlovun “Sumqayıt”da 100-cü matçı
- 22 Avq 2023 14:30
- 276
Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” qarşılaşması qonaqların futbolçusu Elvin Bədəlov üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, Bədəlov bütün turnirlər daxil olmaqla komandanın heyətində 100-cü oyununu keçirib.
Qeyd edək ki, bu oyunların 86-sı Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 3-ü isə Avrokubok oyunlarına təsadüf edib. Elvin Bədəlov bu oyunlarda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.