“Sabah”dan ayrılan Bəhlul Mustafazadə karyerasını “Qarabağ”da davam etdirəcək.

Rekord.az xəbər veri ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının da üzvü olan 24 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Bəhlul “Qarabağ”da 13 nömrəli formada çıxış edəcək.