Bu gün  “Bəhreyn Milli Stadionu”nda Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. 

Rekord.az xəbər verir ki, saat 20:30-da başlayacaq qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. 

Artıq oyunu idarə edəcək hakimlər də məlumdu. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, bu oyun Omandan olan ədalət təmsilçilərinə həvalə olunub:

Baş hakim: Ahmed Abubaker Alkaf
Baş hakimin köməkçiləri: Abubaker Salem Alamri, Raşed Hamad Alghaithi (Hamısı Oman Sultanlığı)