Bekhem DÇ-2022-nin siması olacaq
- 24 Okt 2021 15:44
- 608
Futbol üzrə İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.
Rekord.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, əməkdaşlıq barədə gələn ay məlumat veriləcəyi bildirilib.
Bekhem bu razılaşma ilə ildə 15 milyon funt-sterlinq qazanacaq. Tərəflər arasındakı əməkdaşlıq 10 il müddətinə hesablanacaq və bu müddət ərzində Bekhem Qətər səfiri olacaq.
DÇ-2022 gələn il 21 noyabr – 18 dekabrda keçiriləcək.