İngilstərə yığması və “Sautqempton”un sabiq yarımmüdafiəçisi Mett Le Tissye “İnter Mayami”nin prezidenti olan Devid Bekhemi tənqid edib.  “Rekord.az” xəbər verir ki, buna səbəb həmyerlisinin Bil Qeytslə şəkil çəkdirməsi olub.

Le Tissye təəccüblənir: “Ciddisən? Niyə onunla şəkil çəkdirdin? Sən yaxşı futbolçu olmusan, ancaq böyük olmamısan, dünya səviyyəli olmamısan. İşindən yaxşılardan idin. Ancaq bu adamla niyə əlaqəyə girirsən? Bilmirsən ki, o hansı cinayətlərə imza atıb?”

Əvvəllər Le Tissye çilyarder iş adamı Bill Qeytsin koronavirus pandemiyası ilə bağlı durumun səbəbkarlarından olduğunu qeyd etmişdi.