Bekhemin klubuna 2 milyon dollar cərimə
- 30 May 2021 10:52
- 625
Devid Bekhemin sahib olduğu "İnter Mayami" 2 milyon dollar məbləğində cərimələnib.
Rekord.az xəbər verir ki, bu barədə Amerika Birinci Futbol Liqası - MLS qərar verib. Ötən il klub fransalı oyunçu Bleys Matuidini transfer edib və ona verdiyi maaşla ödəniş limitini keçib.
Beləliklə, "İnter Mayami" heyət və büdcə ilə bağlı qaydaları pozub. Nəticədə klub 2 milyon dollar cərimələnib.
Həmçinin "İnter Mayami" 2023 və 2024-cü illərdə 2 milyon 271 min 250 dollardan çox pul xərcləyə bilməz.