"Kəpəz"in kapitanı Yeqor Xvalko  Azərbaycanla Belarus futbolu arasında maddi baxımdan böyük fərq olduğunu düşünür.

Rekord.az-a açıqlamasında o, ölkəsinin klublarının o qədər də varlı olmadığını bildirib: "Belarus klublarında Azərbaycan klublarında olan pul yoxdur. Bizdə yalnız 4 legionerin oynamasına icazə verilir. Azərbaycanda isə klublarda daha çox legioner futbolçu çıxış edir. Məsələn "Zirə"nin sifariş ərizəsində 14-15 legiioner futbolçu yer alıb. Halbuki bizdə ən tanınan klub olan "Dinamo" Minskin belə, bu cür maddi imkanı yoxdur".


Xvalko Mİnsk klubunun Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirməsinə də münasibət bildirib. Buna baxmayaraq, Xvalko həmyerliləri ilə görüşmək imkanı tapmadığını bildrib: "Məlum səbəblərdən "Dinamo" avrokuboklardakı ev oyunlarını Azərbaycanda keçirir. Təbii ki, neytral meydançada oynamaq nəticələrə də təsir edir. Üstəlik, azarkeşsiz. "Dinamo"da hələ gənclər yığmasında birlikdə oynadığımız futbolçular var. Onlarla görüşmək istərdim, amma təəssüf ki, imkan olmayıb. Çünki onlar həftə içi oynayır, bizim isə həmin günlər məşqimiz olduğu üçün düşərgədən ayrıla bilmirəm".