Belarus kubokunda finalçılar bəlli olub.

Rekord.az xəbər verir ki, yarımfinalın cavab matçlarında ilk olaraq “Şaxtyor”  "Dinamo"nu qəbul edib. Brest təmsilçisi səfərdə 2:4 hesablı məğlubiyyətə baxmayaraq, evdəki ilk görüşdə 2:0 hesablı qələbə sayəsində həlledici mərhələyə yüksəlib.

Digər oyunda BATE "Slaviya"ya 2:0 hesabı ilə qalib gələrək finala adını yazdırıb.

“Şaxtyor” (Soliqorsk) - "Dinamo" (Brest) - 4:2
Qollar: Savitskiy, 19, (0:1), Qordeyçuk, 38 (0:2), İvanoviç, 58 (1:2), Lisakoviç, 60 (2:2), 66-pen (3:2), Podstrelov, 74 (4:2)
İlk oyun – 0:2

BATE – “Slavia” (Mozır) - 2:0
Qollar: Volkov, 12, Tumonyuk, 45-avtoqol
İlk oyun – 0:1