Belarus millisində yeni baş məşqçi
- 08 Avq 2023 22:53
- 317
Belarus millisinin yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Komandanı ispaniyalı məşqçi Karlos Alos çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2024-cü ilin sonuna qədər müqavilə imzalanıb.
Karlos bu vəzifədə iyunun 30-da istefaya göndərilən Georgi Kondratyevi əvəzləyib.
Qeyd edək ki, Alosun son iş yeri Ruanda millisi olub. O, Belarus komandasına görə bu işinə xitam verib.