"Çempionat oyunlarını izləyirəm və görürəm ki, hazırda Belarusun TOP klublarının əksəriyyəti yaxşı vəziyyətdə deyil. Ancaq mənim fikrimcə, çempionatın bütün tarixində ən maraqlı başlanğıcı budur”.

Rekord.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Belarus millisinin müdafiəçisi Maksim Volodko deyib.

Tula “Arsenal"ının üzvü koronavirus pandemiyasının davam etdiyi bir vaxtda Belarus Premyer Liqasının dayandırılmalı olduğu deyib: “Əminəm ki, indi bir çox məşqçi, skaut və agent Belarus çempionatını izləyir, çünki başqa iş yoxdur. Kimsə əksini iddia edə bilər, amma Belarusda xarici çempionatdan hansısa komandanı gücləndirə biləcək oyunçular var. Ancaq düşünürəm ki, koronavirus pandemiyası zamanı çempionat keçirmək yaxşı fikir deyil. Düzdür, çempionatımızı populyarlaşdırmaq, pul qazanmaq çox yaxşıdır, ancaq bunun tək bir insanın sağlamlığı və ya həyatı üçün heç bir dəyəri yoxdur”.

Qeyd edək ki, Volodko Belarus millisində 32 oyun keçirib. O, 2019-cu ilin yanvarında BATE-dən “Arsenal”a keçib.