Belçika klubu müflis elan olundu - 5 milyon avroya görə
- 21 Apr 2020 14:42
- 630
Belçikanın “Lokeren” klubu müflis elan olunub.
Rekord.az xəbər verir ki, bu barədə “Het Laatste Nieuws” nəşri məlumat yayıb. Xəbərdə, 5 milyon avro borcu olan klubun müflisləşdiyi bildirilib.
“Lokeren” bir müddətdi ki, futbolçuların və məşqçilərin maaşlarını ödəyə bilmir.
İki dəfə ölkə kubokunu qazanan “Lokeren”, bu mövsüm Belçikanın ikinci liqasında – Pro Liqada mübarizə aparırdı.