![photo](https://www.rekord.az/storage/uploads/5/brd-belsrb-151123-011.jpg)
Belçika millisindən Azərbaycanla oyundan əvvəl qələbə
- 16 Noy 2023 10:45
- 252
Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv Serbiyanı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 2-ci dəqiqədə Yannik Karrasko vurub.
Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən belçikalılar hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.