Belçika millisinin futbolçusunda koronavirus aşkarlandı
- 08 Sen 2020 15:40
- 475
Futbol üzrə Belçika yığmasının və “Brügge”nin müdafiəçisi Brendon Mexeledə koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Koronavirus testi müsbət nəticə verən 27 yaşlı futbolçu artıq yığmanın düşərgəsini tərk edib. Bu üzdən də Mexele UEFA Millətlər Liqasının A Liqası çərçivəsində baş tutacaq İslandiya ilə oyunda iştirak etməyəcək.
Qeyd edək ki, “Brügge”nin yetirməsi olan müdafiəçinin karyerası elə bu klubla bağlıdır. O, yalnız 2016/17 mövsümündə “Sent-Trüden”də də icarədə olub.