Belçika millisinin sabiq üzvü ölkəsinə qayıtdı
- 17 Okt 2020 11:24
- 656
Futbol üzrə Belçika milli komandasının sabiq üzvü Stiven Defurun yeni ünvanı bilinib.
Rekord.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Mexelen”ə transfer olunub.
Bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb. Defurla imzalanan müqavilə 2021-ci ilin yayına qədərdir.
Karyerası ərzində “Portu”, “Anderlext”, “Bernli” kimi klublarda çıxış edən Defur, bu ilin yayından işsiz idi. Yarımmüdafiəçi Belçika millisində 52 oyunda 2 qol vurub.