Belçika millisinin yarımmüdafiəçisi Amadu Onana “Aston Villa”nın futbolçusu olub.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə mətbuatı bu transfer üçün "Aston Villa"nın 50 milyon funt-sterlinq (təxminən 60 milyon avro) ödədiyini yazıb.

22 yaşlı futbolçu AÇ-2024-də Belçika millisinin heyətində 4 oyuna çıxıb.

Onana 2022-ci ildən "Everton"da çıxış edirdi. Ötən mövsüm yarımmüdafiəçi klubun heyətində bütün turnirlərdə 37 oyun keçirib və 2 qol vurub.