Belçika millisinin üzvü Çində koronavirusa yoluxdu
- 22 Mar 2020 17:40
- 651
“Mançester Yunayted”in sabiq futbolçusu Maruan Fellaini koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, hazırda Çinin “Şandun Lunen” klubunda forma geyinən yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.
Fellaini Çin Super Liqasında koronavirusa yoluxan ilk futbolçu olub. 32 yaşlı yarımmüdafiəçi karantinə alınıb.
2013-2019-cu illər aralığında “Mançester Yunayted”də forma geyinən Fellaini, 2019-cu ilin yayında “Şandun Lunen”ə keçib. Yarımmüdafiəçi 87 dəfə də Belçika yığmasında çıxış edib.