Belçika millisinin məşhur veteranı Aksel Vitsel AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunun Ukrayna ilə oyununu buraxacaq.

Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

35 yaşlı müdafiəçi zədəlidir. Buna görə də o, Ukrayna ilə görüşdə meydana çıxa bilməyəcək. 

Zədə səbəbindən Vitsel ikinci turun Rumıniya ilə oyununu da (2:0 qalibiyyət) buraxmışdı. 

Bu gün keçiriləcək Belçika - Ukrayna oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.