Belçikalı məşqçi “Qarabağ”la oyunu yada saldı
- 05 İyn 2020 16:40
- 628
Cari mövsümdə Avropa Liqasında “Qarabağ”, APOEL və “Sevilya” ilə eyni qrupda mübarizə aparan Lüksemburqun “Düdelanj” klubunun sabiq baş məşqçisi Bertrand Krasson açıqlama verib.
Rekord.az “walfoot.be”yə istinadən xəbər verir ki, APOEL-ə 4:3 hesabı ilə qalib gəldikləri oyun barədə danışan 49 yaşlı belçikalı mütəxəssis, “Düdelanj”ın turnirdəki çıxışı ilə bağlı bunları deyib:
“Düdelanj”da çalışmaq əla təcrübə idi. Müqaviləni yeniləməmək qərarına gəldik və qarşılıqlı anlaşma ilə yollarımızı ayırdıq.
APOEL-lə oyun əla bir an idi, böyük tarix yazdıq. Qrupu dörd xalla bitirdik. Altı xal toplamalı idik, amma son turda “Qarabağ” son dəqiqələrdə hesabı bərabərləşdirdi”.
A qrupunu “Qarabağ” 3-cü, “Düdelanj” isə 4-cü pillədə bitirib.