![photo](https://www.rekord.az/storage/uploads/5/ayxan-abbasov-8.jpg)
“Belə matçda qələbə qazanmaq önəmlidir” - Ayxan Abbasov
- 09 Fev 2025 17:29
- 72
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərinib bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbəyə sevindikləri matçla bağlı bunları söyləyib:
"Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır ki, qələbə qazanmaq istəyirdik. Önəmli oyun idi. "Sumqayıt" son 6 oyundur qol vurmurdu. Amma bilirdik ki, möhkəm komandadır. "Sumqayıt"da iki məşqçinin əl işi var. Çətin oyun idi. Futbolçularımda qələbə istəyini görürdüm. İlk hissə rəqibin, ikinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi. Belə matçda qələbə qazanmaq önəmlidir. Çünki turnir cədvəli gərgindir. Çempionat davam edir. Qarşıda "Kəpəz"lə çətin səfər oyunumuz var.
Bilirdik ki, "Sumqayıt"a imkan versək, hücum edəcək. Birinci hissədə onlar bizə imkan vermədilər. Futboçularım soyuqqanlılığı itirdilər. Fasilədə fərqli söhbətlərimiz oldu. Premyer Liqada bir komandadan başqa heç kim hər iki hissəni eyni tempdə oynamır. Səbəblər rəqibdən asılıdır.
Mən "Sumqayıt"da olanda orada akademiyada çalışırdı. Mən həmişə deyirdim ki, Vaqif Cavadovda böyük postensial var. Bizim sevinməyimiz qıcıq vermək üçün deyildi. "Sumqayıt" da bizi məğlub edəndə sevinir. Kimin kimi keçəcəyi mövsümün sonunda bilinəcək. Bizim üçün xoşdur ki, "Sumqayıt" da bizdən qabaqda olduğu üçün sevinir”.