"Belə oynamağa davam etsək, finala yüksəlmək ehtimalımız çox yüksəkdir”.
- 04 İyl 2021 18:15
- 577
İspaniya milli komandasının futbolçusu Mikel Oyarsabal AÇ-2020-nin 1/4 final mərhələsində İsveçrəni məğlub etdikləri oyundan (1:1, penaltilər 3:1) sonra fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, Oyarsabal, matçla bağlı bunları deyib:
“Səhv etmək şansım yox idi. Qolu vurmağı bacardım. Topa doğru gedəndə beynimdən çox şey keçirdi. Sanki bu yol bitməyəcəkdi.
Belə oynamağa davam etsək, finala yüksəlmək ehtimalımız çox yüksəkdir”.