“Zirə” sabah Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Slovakiyanın “Dunayska Streda” klubu ilə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, Bakı klubunun braziliyalı futbolçusu Rafael Utziq belə rəqiblərə qarşı mübarizə apara biləcəklərini söyləyib:

“Belə rəqiblərə qarşı mübarizə apara bilərik. Açığı, bu rəqiblə ilk dəfə qarşılaşacağıq. Azarkeşlərimizin qarşısında oynayacağıq. Çalışacağıq ki, sabahkı matçda layiqli mübarizə aparıb sevinən tərəf biz olaq”.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq "Zirə" – "Dunayska Streda" görüşü iyulun 25-də, saat 20:30-da “Dalğa Arena”da start götürəcək.