Bellingem 3-cü oldu
- 26 Avq 2023 18:40
- 338
“Real” İspaniya La Liqasının 3-cü turunda “Selta” ilə qarşılaşıb (1:0). Qələbə qolunu 20 yaşlı Çud Bellingem vurub.
Rekord.az “Opta” nəşrinə istinadən xəbər verir ki, bu qol ingiltərəli üçün əlamətdar olub.
O, Kristiano Ronaldo və Uesli Sneyderdən sonra “Real”da keçirdiyi ilk 3 matçda qol vuran üçüncü futbolçu kimi tarixə düşüb.
“Kral klubu” 2023/24 mövsümündə ölkə çempionatında 3 oyuna çıxıb və 3 qələbə qazanıb.