UEFA Portuqaliyanın “Benfika” klubunu 28000 avro məbləğində cərimələyib. 

Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Lissabon təmsilçisinin Fransada “Tuluza” ilə qolsuz heç-heçə etdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:0) yaşananlar səbəb olub. 

Fevralın 22-də baş tutan görüşdə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər və meydana kənar əşyalar atıblar. “Benfika” buna görə 20000 avro ödəyəcək. 

Klub stadiona ziyan dəydiyi üçün əlavə 8000 avro verməli olacaq. 

İlk matçda rəqibini 2:1 hesabı ilə üstələyən “Benfika” 1/8 finala yüksəlmişdi. Komanda bu raundun ilk qarşılaşmasında evdə Şotlandiyanın “Reyncers” komandası ilə bərabərə qalıb – 2:2.