Portuqaliyanın “Benfika” klubunun futbolçusu David Tavareşdə koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.

“Benfika”da bütün futbolçular koronavirus testindən keçirilib və Tavareşdən başqa, heç bir oyunçuda virus aşkarlanmayıb.