"Barselona"nın futbolçusu Samuel Umtiti "Benfika"nın təklifini rədd edib.

Rekord.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Kataloniya klubunda qalmaq istədiyi üçün bu addımı atıb.

Bildirilib ki, fransalı futbolçu start heyətdə yer almaqdan ötrü mübarizə aparmaq istəyir.

Qeyd edək ki, Umtiti 2016-cı ildən "Barselona"da oynayır.