"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Superkubokunda "Ayntraxt"a 2:0 hesabı ilə qalib gələrək kuboku qazandıqları oyundan sonra futbolçuları haqda danışıb.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib:

“Alabanın qolundan sonra vəziyyətə çox yaxşı nəzarət etdik. Ardıcıl üç finalda biz qol buraxmırıq. Bu fakt mənim üçün fərqlidir. Düşünürəm ki, hazırda bütün məşqçilik karyeramda, oyunçuların düşüncə tərzi və hərəkətləri baxımından paltardəyişmə otağında ən yaxşı mühitə sahibəm. Futbolçularım çox ağıllıdır. Kərim Benzema dünyanın ən vacib, ən əsas oyunçusudur. Onun qolları, oyunu bizim üçün həyati əhəmiyyət kəsb edir”.