La Liqada mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az La Liqanın saytına istinadən xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema ötən ayın ən yaxşı seçilib.

O, səsvermədə  Lionel Messi ("Barselona"), Yan Oblak ("Atletiko"), Yussef En-Nesiri ("Sevilya"), Daniel Vassa ("Valensiya"), Borja İqlesias ("Betis") və Jerar Morenonu ( "Vilyarreal") qabaqlayıb.

Qeyd edək ki, 33 yaşlı oyunçu La Liqada ötən ay 3 oyunda 5 qol vurub.