Futbol üzrə İspaniya çempionatının ən yaxşı oyunçusu məlum olub.

Rekord.az xəbər veorir ki, Madrid “Real”ının hücumçusu Kərim Benzema “Marca”nın versiyasına görə İspaniya çempionatında 2019/20 mövsümünün ən yaxşı oyunçusu elan edilib.

Xatırladaq ki, “Real” ötən mövsüm 87 xalla İspaniya çempionu olmuşdu. Fransız futbolçu isə La Liqa çərçivəsində 37 matçda iştirak edərək, 21 qol vurub, 8 məhsuldar ötürmə etmişdi.

Xatırladaq ki, 2009-cu ildən yalnız hücumçu Lionel Messi və Kristiano Ronaldo mövsümün ən yaxşı oyunçuları kimi tanınırdılar.

Benzema “Real”da 2009-cu ildən çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir. O, bu mövsüm İspaniya çempionatında 7 qol vurub, 5 məhsuldar ötürmə edib.