Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində 2-ci oyununu keçirib.

Rekord.az xəbər verir ki, komanda bu dəfə evdə Cənubi Afrika millisi ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

"Qarabağ"ın futbolçusu Yassin Benzya da Əlcəzair millisinin əsas heyətində meydana çıxıb. 29 yaşlı yarımmüdafiəçi oyunda dubl edib. O, qollardan birinin ötürməsini də verib.

Benzya 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb. O, “FİFA series - Edition 2024” layihəsi çərçivəsindəki ilk oyunda - Boliviya ilə matçda da qol vurmuşdu.