Benzyanın vurduğu qol həftənin ən yaxşısı adına namizəddir
- 15 Dek 2023 11:30
- 288
Avropa Liqasının qrup mərhələsində 6-cı turun ən yaxşı qolu adına namizədlər bəlli olub.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın futbolçusu Yassin Benzyanın Bakıda İsveçin "Hakken" komandasına vurduğu qol da yer alıb.
29 yaşlı yarımmüdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunun müəllifi olub. Digər namizədlər İngiltərənin "Brayton" komandasından Joau Pedro, Fransanın "Renn" klubundan Lorents Assinyon və Yunanıstanın "Olimpiakos" kollektivindən Daniel Podensedir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.