“Qarabağ”dan ayrılan Asmir Beqoviç müqavilə ilə məxsus olduğu “Bornmut” klubuna qayıdıb.

Rekord.az xəbər verir ki, bu barədə 32 yaşlı qapıçı rəsmi “tvitter” hesabında paylaşım edib. Beqoviç, “Bornmut” klubunun məşqindən fotosunu yayımlayıb.

2019-cu ilin sentyabrında “Qarabağ”a keçən Beqoviç, Ağdam təmsilçisi ilə dekabrın sonuna kimi müqavilə imzalamışdı. Müqavilə ilə məxsus olduğu “Bornmut”a qayıdan qolkiperin yaxın zamanda yenidən klubunu dəyişəcəyi gözlənilir.

Beqoviç “Qarabağ”da 17 oyuna çıxıb.