“Milan”ın qapıçı Asmir Beqoviçlə yollarını ayıracağı dəqiqləşib.

Rekord.az xəbər verir ki, 33 yaşlı qolkiperin yayda müqavilə ilə məxsus olduğu “Bornmut”ın düşərgəsinə qayıdacağı bilinib.

dəqiqləşib. "Qırmızı-qaralar"ın heyətində icarədə olan digər oyunçular kimi, o da öz klubuna dönəcək. Bosniya və Herseqovina millisinin üzvü "Milan"ın əsas qapıçısı Canluici Donnarummanın zədələnməsindən sonra 2 matçda iştirak edib.

Lakin koronavirus pandemiyası səbəbindən A Seriyası dayandırıldıqdan sonra Donnarumma zədəsini sağaldıb. O, çempionatın bərpasından sonra yenidən əsas heyətdə yer alacaq. Beləliklə, Beqoviç "San-Siro" sərgüzəştlərini iki görüşlə başa vuracaq.