“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj”ın futbolçusu Antuan Bernye Belçika mətbuatına açıqlama verib.

Rekord.az “walfoot.be” saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu, “Qarabağ”ın qapıçısı Asmir Beqoviçi tanımadığını deyib:

“Beqoviçin “Stok Siti” və “Çelsi”də oynadığını bilmirdim. Ona qol vurmaq yaxşı hissdi, amma çalışmağa davam etməli və başqalarını da məyus etməliyik”.

Bernye “Düdelanj”ın “Qarabağ”a 1:4 hesabıyla məğlub olduğu oyunda komandasının yeganə qoluna imza atmışdı. Həmin görüşdə “köhlən atlar”ın “çərçivə”sini Asmir Beqoviç qoruyurdu.