"Mançester Yunayted", "Tottenhem" və "Bayer"in sabiq hücumçusu Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidentliyinə namizəd olub. 

Rekord.az xəbər verir ki, bu barədə "Bulgraian Football" nəşri məlumat yayıb.

Bildirilib ki, Berbatovun namizədliyi SSKA (Sofiya) da daxil olmaqla bir neçə yüksək divizion klubu tərəfindən dəstəklənib. Federasiyanın hazırkı rəhbəri Borislav Mixaylov da bu vəzifəyə namizəd olacaq. Seçkilər oktyabrın 12 -də keçiriləcək.

Berbatov karyerası ərzində Bolqarıstanın "Pirin" və SSKA, Almaniyanın "Bayer", İngiltərənin"Tottenhem", "Mançester Yunayted" və "Fulhem", Fransanın "Monako", Yunanıstan PAOK klublarında oynayıb. Bolqarıstan millisinin 40 yaşlı sabiq oyunçusu karyerasını 2018 -ci ildə Hindistanın "Kerala Blasters"ında başa vurub.