Bərdə komandasının yeni mövsümdən "Region Liqası"nda çıxış edəcəyi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, komandanın çempionatda hansı ad altında çıxış edəcəyi hələlik dəqiqləşməsə də, baş məşqçinin kimliyi məlumdu.

Komandaya Bərdə futbolunun ən tanınan simalarından olan "At Əli" ləqəbli Əli Quliyev rəhbərlik edəcək.