Növbəti mövsümdən "Region Liqası"nda Bərdə təmsilçisi də olacaq.

Rekord.az xəbər verir ki, sözügedən rayonda yenidən formalaşan komanda bu turnirdə iştirak edəcək.

Lakin komandanın hansı ad altında çıxış edəcəyi hələlik məlum deyil. Rəhbərlik iki variant arasından seçim edəcək: "Pambıqçı" və "Bərdə".