Bərdə rayon Gənclər və İdman İdarəsinin və Bərdə Təhsil sektorunun birgə təşkilatçılığı ilə E.Kərimov adına şəhər 4№li tam orta məktəbin futbol meydançasında “Heydər Əliyev İli”nə həsr olunmuş rayonun tam orta məktəblərinin yuxarı sinif şagirdlərindən (oğlanlar) ibarət komandalar arasında mini-futbol idman növü üzrə xatirə turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnirdə 32 komanda (9 şəhər,23 kənd) iştirak etmişdir.

Yarışdan öncə təşkilatçılar və komanda rəhbərləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Tədbiri giriş sözü ilə Bərdə Təhsil sektorunun metodisti Anar Rəsulov açaraq turnir barədə məlumat verdi və təşkilatçılar adından komandalara uğurlar arzuladı.

Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasmov gənc futbolçuları qarşıdan gələn “Novruz” bayramı münasibəti ilə təbrik etdi və onlara dərslərində uğurlar arzuladı.Sonra o,respublikamızda futbolun inkişafına və idmançılara göstərilən diqqət və qayğıdan, son illər Azərbaycan və rayon idmançılarının müxtəlif idman növlərində əldə etdikləri yüksək nailiyyətlərdən danışdı.

Yarış 4 yarımqrupda (8 komanda) puşkatma yolu ilə keçirilmiş,qruplarda I yerləri tutan komandalar yarımfinalda,qaliblər isə finalda görüşmüşlər görüşmüşlər.Yekun nəticə aşağıdakı kimi olmuşdur:

I yer - Şəhid Alı adına şəhər 5№li tam orta məktəbin komandası

II yer - M.Məmmədov adına Qarağacı kənd tam orta məktəbin komandası

III yer - N.Gəncəvi adına şəhər 2№li beynəlmiləl tam orta məktəbin komandası

I,II,III və yerləri tutmuş komandalar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli Diplomları ilə təltif olunmuşlar.