Berdiyev "Sabah"a təklif olunub?
- 02 Fev 2024 10:00
- 699
Mahaçqalanın “Dinamo” klubunun baş məşqçi postundam ayrılan Kurban Berdiyevin adı "Sabah"la hallanmağa başlayır.
Rekord.az-ın əldə etdiyi məlumata görə, 71 yaşlı mütəxəssis həqiqətən də "Sabah"a təklif olunub.
Deyilənə görə, Berdiyev özü də Azərbaycanda çalışmağa isti yanaşır. Lakin "Sabah" rəhbərliyi hələlik baş məşqçi məsələsi ilə bağlı qərar verməyə tələsmir.