“Beşiktaş” 3 futbolçusunu icarəyə verib.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə komandanın gənc futbolçularından olan Ahmet Gülay, Serdar Saatçı və Abdullah Aydınla yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. Müqavilə müddətləri açıqlanmasa da, Ahmet Gülayın qarşıdakı mövsümdə “Alanyaspor”da, Abdullah Aydının isə “Altay”da icarə əsasında oynayacağı bildirilib.

İstanbul klubunun daha bir gənc oyunçusu Kerem Kalafat da “Girəsunspor”a icarəyə göndərilib.