"Beşiktaş" 3 futbolçusunu itirdi
- 23 Sen 2021 15:45
- 501
"Beşiktaş"ın daha iki aparıcı futbolçusu zədələnib.
Rekord.az Türkiyə mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi Raşid Gezzal və hücumçu Mişi Batşuayi 6-cı turda "Adana Demirspor"a qarşı keçirdikləri matçda sıradan çıxıb.
Hər iki futbolçu növbəti turda "Altay"la oyunu buraxacaq. Onların Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Ayaks"la görüşdə iştirakı da sual altındadır.
Valentin Rozye isə Adana təmsilçisi ilə görüşdə qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşüb.
Qeyd edək ki, daha əvvəl Domaqoy Vida, Kevin N Kudu, Necip Uysal, Mehmet Topal və Aleks Teyşeyranın zədələnmişdi.