Türkiyənin "Beşiktaş" klubu Vensan Abubakarla yollarını ayırıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kamerunlu hücumçu digər Super Liqa təmsilçisi "Hatayspor"a transfer olunub.

32 yaşlı oyunçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Daha öncə də "Beşiktaş"da çıxış edən Abubakar ümumilikdə bu komandanın heyətində 60 qola imza atıb.