![photo](https://www.rekord.az/storage/uploads/5/186720-7oyh0kb59i.jpg)
"Beşiktaş" Azərbaycan millisinin sabiq üzvünü icarəyə verdi
- 11 Avq 2023 23:24
- 322
"Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi "Beşiktaş" futbolçusu Berkay Vardarı icarəyə verib.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünü icarə əsasında Moldova "Şerif"ində keçirəcək.
Vardar Azərbaycanın U-17 millisində 3, U-19 millisində 3 oyuna çıxıb. O, daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.
Xatırladaq ki, "Neftçi" və "Beşiktaş" arasında Bakıda keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab matçı avqustun 17-də Türkiyədə olacaq.