Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Beşiktaş” komandası Bakıya gəlib.

Rekord.az xəbər verir ki, İstanbul nəhəngini gətirən təyyarə iki saatlıq yolçuluqdan sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Qara qartal”ı azarkeşlər hava limanında böyük coşqu ilə qarşılayıblar. Ardından komanda məskunlaşacağı hotelə yollanıb.

Bu komandalar arasında sabah “Neftçi Arena”da keçiriləcək ilk oyun saat 21:00-da başlayacaq.